Azərbaycan–Avropa enerji körpüsündə tarixi mərhələ: TANAP-la 50 milyard kubmetr qaz nəql edildi

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Trans-Anadolu Qaz Boru
Kəməri (TANAP) vasitəsilə Avropaya ötürülən təbii qazın həcmi 50
milyard kubmetrə çatıb.

Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
Türkiyədəki törəmə “SOCAR Türkiye” şirkətinə istinadən xəbər
verir.

“Layihə Avropanın enerji təchizatını şaxələndirməklə yanaşı,
regional təhlükəsizliyin möhkəmlənməsinə də mühüm töhfə verir.
TANAP, həmçinin, Azərbaycan, Türkiyə və Avropa arasında
uzunmüddətli iqtisadi və strateji əməkdaşlığın güclənməsinə şərait
yaradır”, – deyə məlumatda vurğulanıb.




Qeyd edək ki, TANAP Cənub Qaz Dəhlizinin əsas halqası olaraq
Azərbaycan qazını Bakıdan İtaliyaya qədər uzanan xətt vasitəsilə
daşıyır.

TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə
2018-ci il iyunun 30-da başlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir