Çinli turistləri cəlb etmək üçün hansı tədbirlər görülür?

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın turizm baxımından cəlbediciliyinin artmasının əsas
səbəblərindən biri ölkənin zəngin və müxtəlif turizm təkliflərinin
bir arada təqdim edilməsidir.

Trend
xəbər verir, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin
müavini Cavanşir Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan həm mədəni, təbiət və macəra,
sağlamlıq, həm də işgüzar turizm sahəsində geniş imkanlara
malikdir:

“Çinli turistlər üçün vacib amillərdən biri ölkəmizdəki
stabillik və təhlükəsizlikdir. Digər mühüm amil isə Çində həyata
keçirilən təbliğat işləridir. Biz həm B2B, həm də B2C
istiqamətlərində aktiv fəaliyyət göstəririk – sərgilərdə iştirak
edir, roadshow-lar təşkil edirik, sənaye nümayəndələrini
Azərbaycana dəvət edərək onlara turizm məhsullarımızı təqdim
edirik.




Eyni zamanda, Çinin aparıcı onlayn platformaları, tur
operatorları və sosial şəbəkələri ilə əməkdaşlıq edirik”.

O qeyd edib ki, turizm sənayesi bu tələbatı qarşılamağa
hazırlaşır:

“Artıq bir çox şirkət və hotellərdə çin dili bilən əməkdaşlar
çalışır. Bundan başqa, tədbirlərdə tərcüməçi xidmətlərinin
göstərilməsi ilə dil baryerinin aradan qaldırılmasına dəstək
veririk”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir