Sabah yağış yağacaq, dolu düşəcək

Baş səhifə

Bakı. Trend:

Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.




Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75
%, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gecə və səhər Lənkəran-Astara zonasının bəzi
yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu
düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman
olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 34-39, dağlarda gecə
12-17, gündüz 24-29 dərəcə isti olacaq.