Azərbaycan Çexiyadan məhsul alışını 29% artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Çexiya arasında
ticarət əməliyyatlarının həcmi 593,2 milyon ABŞ dolları təşkil
edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 39,9 milyon ABŞ dolları və ya 6,3% azdır.

Hesabat dövründə Çexiya ilə ticarət əməliyyatları Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 2,06%-i həcmində olub. Bununla da
sözügedən ölkə Azərbaycanın ən çox ticarət apardığı ölkələr
sırasında 8-ci pillədə qərarlaşıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Çexiyaya 548,3
milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni
dövrü ilə müqayisədə 50,1 milyon ABŞ dolları və ya 8,4% azdır.




Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Çexiyadan
Azərbaycana 44,9 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları
icra olunub ki, bu da illik müqayisədə 10 milyon ABŞ dolları və ya
28,9% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan
xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25%
çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,
13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik
ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir