Azərbaycanda mis konsentratı istehsalı 15 dəfədən çox artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 1693,4 ton mis
konsentratı istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, mis konsentratı istehsalı ötən ilin eyni dövrü
ilə müqayisədə 1581,4 ton və ya 15,1 dəfə artıb.




Belə ki, ötən ilin yanvar-iyul aylarında Azərbaycanda 112 ton
mis konsentratı istehsal edilib.

Qeyd edək ki, cari ilin avqust ayının birinə ölkədə hazır mis
konsentratı ehtiyatının miqdarı 255,3 ton olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir