TANAP-la Avropaya tədarük olunan təbii qazın həcmi 50 mlrd. kubmetrə çatıb

Baş səhifə

Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropaya tədarük olunan təbii qazın həcmi 50 milyard kubmetrə çatıb.

Bu barədə “APA-Economics” SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiye”nin məlumatına istinadən xəbər verir.

Azərbaycandan Avropaya uzanan enerji körpüsündə tarixi mərhələ! TANAP vasitəsilə Avropaya nəql olunan təbii qazın həcmi 50 milyard kubmetrə çatıb”, – məlumatda qeyd olunur.

Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir