
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Şərq-Qərb nəqliyyat dəhlizinin
Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 3,292 milyard
ton-km olub.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
42,3 milyon ton-km və ya 1,3% çoxdur.
Belə ki, 2024-cü ilin ilk 6 ayında Şərq-Qərb nəqliyyat
dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 3,249
milyon ton-km olmuşdu.
Sözügedən nəqliyyat dəhlizi üzrə yük dövriyyəsinin 2,117 milyard
ton-km hissəsini tranzit yüklər təşkil edib ki, bu da ötən ilin ilk
6 ayındakı göstəriciyə nisbətən 36,9 milyon ton-km və ya 1,8% artım
deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan
ərazisindən keçən dəhlizlər çərçivəsində dəmir yolu və dəniz
nəqliyyatı ilə yük daşımalarından 260,804 milyon manat gəlir əldə
olunub. Bu ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,4
milyon manat və ya 5,6% azdır.