
Bakı. Trend:
“Google” bildirir ki, təsdiqlənməmiş tərtibatçıların tətbiqləri
artıq “Google Play” quraşdırılmış “Android” cihazlarında
işləməyəcək.
Trend xəbər verir ki, rəsmi mağazadan kənar
yayılan tətbiqlər “Play Store” proqramlarına nisbətən 50 dəfə daha
çox zərərli kod ehtiva edir.
Yeni sistem ilkin olaraq 2026-cı ilin sonunda Braziliya,
Sinqapur, İndoneziya və Taylandda, sonra isə qlobal səviyyədə
tətbiq ediləcək.
“Google”un izahına görə, bu proses hava limanında şəxsiyyət
yoxlamasına bənzəyir: tətbiqin məzmunu yox, yalnız tərtibatçının
şəxsiyyəti yoxlanılacaq. Bu isə tərtibatçıların proqramlarını digər
mağazalarda yaymasına mane olmayacaq.
Qeyd edək ki, şirkət, həmçinin, “Android Developer Konsolu”
vasitəsilə tərtibatçıların şəxsiyyətini yoxlayacaq və proqram
paketlərini qeydiyyata alacaq yeni platforma təqdim edəcək.