Bakının hansı rayonunda daha çox tikinti aparılıb? – STATİSTİKA

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun ayları ərzində Bakı şəhərində tikinti
müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri
4,722 milyard manat təşkil edib.

Trend-in Bakı
şəhər Statistika İdarəsinə istinadən məlumatına görə, bu, 2024-cü
ilin eyni aylarındakı göstərici ilə müqayisədə 9,9% çoxdur.

Hesabat dövründə inşaat işlərinin dəyəri üzrə ən yüksək
göstərici Bakının Xətai rayonunda, ən aşağı isə Xəzər rayonunda
qeydə alınıb.

Bakının rayonları üzrə 2025-ci ilin yanvar-iyun aylarında
tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin
dəyərinə dair göstəriciləri təqdim edirik:




Cəmi,

min manat

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

Bakı şəhəri – cəmi

4 721 794,0

109,9

o cümlədən rayonlar:

Binəqədi

663 900,3

84,8

Xətai

937 141,8

119,5

Xəzər

73 595,5

2,5 d.

Qaradağ

255 328,6

2,1 d.

Nərimanov

560 681,7

125,2

Nəsimi

729 258,2

91,5

Nizami

431 619,5

119,9

Sabunçu

403 517,5

167,1

Səbail

188 291,0

125,9

Suraxanı

73 846,9

77,1

Yasamal

404 613,0

83,2

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun
aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı
üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4,074 milyard manat
və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz az vəsait
yönəldilib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2,510 milyard manatı və ya
61,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə
yetirilməsinə sərf edilib.

2025-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri
tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,6 faizini inşa,
yenidənqurma və bərpa, 6,6 faizini əsaslı təmir, 3,5 faizini cari
təmir, 3,3 faizini isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 91,4 faizini qeyri-dövlət tikinti
müəssisələri yerinə yetiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir