İlin sonunadək Bakı metropoliteninin yeni nəsil vaqonlarının sayı 180-ə çatdırılacaq – RƏSMİ

Baş səhifə

Bakı. Trend:

Hazırda Bakı metropoliteninin xətlərində 347 vaqon (66 qatar
tərkibi) sərnişindaşıma fəaliyyətinə cəlb edilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni”
QSC-dən məlumat verilib.

Bildirilib ki, onlardan 150 vaqon (30 qatar tərkibi)
innovasiyalar baxımından sonuncu – 4-cü nəslə mənsubdur.




“2025-ci ildə Bakı metropolitenində 20 yeni nəsil vaqonun (4
qatar tərkibi) xəttə buraxılması planlaşdırılsa da, əlavə 10 yeni
vaqonun (2 qatar tərkibi) Bakıya gətirilməsi nəzərdə tutulub.

Hazırda qeyd edilən vaqonlardan 4 qatar tərkibi (20 vaqon)
Bakıya gətirilərək üzərində komplektləşdirilmə işlərinə başlanılıb.
Qeyd edilən işlərin yekun mərhələsində yeni qatarlar normativlərə
uyğun sazlama, sınaq və tənzimləmə işlərinə cəlb olunacaq.

Ümumilikdə cari ilin sonunadək Bakı metropoliteninin yeni nəsil
vaqonlarının sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq”,- deyə
əlavə edilib.