
Bakı. Trend:
Sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, eləcə
də, bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunmasına
nəzarətin artırılması məqsədilə Saatlıda yol polisi əməkdaşları
tərəfindən profilaktik tədbir keçirilib.
Trend
xəbər verir ki, tədbir zamanı sərnişindaşıma fəaliyyəti göstərən
avtobus və mikroavtobusların texniki vəziyyəti, normadan artıq
sayda oturacaqların quraşdırılması, sürücülərin müvafiq
kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun
olub-olmaması, onların tibbi müayinədən keçməsi və digər normativ
tələblər yoxlanılıb.
Sürücülərlə profilaktik söhbətlər aparılıb və hərəkətin
təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tövsiyələr verilib.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.