
Bakı. Trend:
AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində
UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun III mərhələsi
keçirilir.
Trend xəbər
verir ki, UEFA-dan təyin olunan qonaq Dani Rizer tərəfindən
keçirilən kursda liderlik və məşq fəlsəfəsi mövzusunda müzakirələr
aparılıb.
Dani Rizerlə yanaşı, AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan
Kərimov və təlimatçı Osman Rəhimovun rəhbərliyi ilə təşkil olunan
kursa avqustun 28-də yekun vurulacaq.