AFFA “Karvan” və “Araz-Naxçıvan”ı cərimələdi

Baş səhifə

Bakı. Trend:

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend xəbər
verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

İclasda Premyer Liqanın 2-ci turundakı qayda pozuntuları ilə
bağlı qərarlar qəbul edilib.




Qurumun qərarlarına əsasən, “Kəpəz” – “Karvan” oyununda
“Karvan”ın heyətində 4 nömrəli futbolçu Olavale Doyeninin futbol
formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan
hərfdən istifadə edildiyi, komandaya Premyer Liqaya yeni gələn klub
olduğuna görə ilk turda güzəşt olunmasına baxmayaraq analoji hal
yenidən təkrarlandığı üçün “Karvan” klubu 1500 manat cərimə
edilib.

Həmçinin, “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda
“Araz-Naxçıvan”ın heyətində 4 futbolçu sarı vərəqə aldığı üçün
“Araz-Naxçıvan” klubu 700 manat cərimələnib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir