Qazaxıstan neft tədarükünün Azərbaycan vasitəsilə bərpasını nəzərdən keçirir

Baş səhifə

Bakı. Trend:

Qazaxıstanın “KazMunayQaz” milli şirkəti bu ölkənin neftinin
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinin bərpasına dair
Azərbaycan tərəfi ilə danışıqlar aparır.

Trend
Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin
energetika naziri Erlan Akkenjenov məlumat verib.




Nazir bildirib: “Bilirəm ki, “KazMunayQaz” hazırda bu marşrut
üzrə tədarükün mümkün qədər tez bərpası ilə bağlı danışıqlar
aparır. Planlara gəlincə, burada hesablamalar aparılmalıdır.

Ümumiyyətlə, bu kəmərin ötürücülük qabiliyyəti çox yüksəkdir.
Hazırda boru xətti ilə 25 milyon ton neft vurulur, lakin onun gücü
iki dəfə artıqdır. Ona görə də planların yerinə yetirilməsi üçün
həmişə imkan var, boru kəmərinin gücü kifayət qədərdir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir