Sentyabrın 1-dən balıq ovuna icazə veriləcək

Baş səhifə

Bakı. Trend:

Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd
su anbarlarında balıq ovuna moratorium sentyabrın 1-də başa
çatır.

Trend
xəbər verir bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2025-ci il 1 sentyabr tarixindən balıq ovlama
müddəti açıq elan olunur. Qanunsuz balıq ovunun qarşısının alınması
məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakulura
Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis
İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizin Azərbaycan
Respublikasına mənsub bölgəsində və ölkənin daxili su hövzələrində
mütəmadi nəzarət tədbirləri həyata keçirilir.




“Xatırladaq ki, balıq və digər su bioresurslarının ov
qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə
təqsirkar şəxslər müvafiq olaraq, Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakulura Mərkəzi
balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara
əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə
balıq ovlamaqdan çəkinməyə, həmçinin, müvafiq balıqovlama bileti
olmayan vətəndaşları su hövzələrində ovla məşğul olmamağa
çağırır.

Vətəndaşları su hövzələrində rast gəldikləri qanunsuz balıq ovu
halları ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və
Akvakulura Mərkəzinə və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında
Polis İdarəsinə məlumat verməyə və balıq ehtiyatlarının
mühafizəsinə dəstək olmağa dəvət edirik”, – deyə məlumatda qeyd
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir