Xankəndidə işəgötürənlərlə görüş keçirilib (FOTO)

Baş səhifə

Xankəndi. Trend:

Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə
xüsusi nümayəndəliyinin və Dövlət Məşğulluq Agentliyinin Qarabağ
Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə Xankəndi
şəhərində işəgötürənlərlə görüş təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən
məlumata görə, tədbirdə Xankəndi, Ağdərə və Xocalıda fəaliyyət
göstərən sahibkarlar da iştirak ediblər.

Görüşün əsas məqsədi regionda məşğulluq imkanlarının
artırılması, əhalinin işlə təmin olunması və sahibkarlarla
əməkdaşlığın gücləndirilməsi olub.

Çıxış edənlər Dövlət Məşğulluq Agentliyinin fəaliyyət
istiqamətləri, məşğulluq sahəsində həyata keçirilən proqramlar və
vətəndaşların işlə təminatına dəstək mexanizmləri barədə ətraflı
məlumat veriblər.




Müzakirələr zamanı “Böyük Qayıdış” Proqramı çərçivəsində daimi
məskunlaşması təmin edilən keçmiş məcburi köçkünlərin məşğulluq
məsələləri geniş şəkildə nəzərdən keçirilib. Vurğulanıb ki,
sakinlərin sosial rifahının yaxşılaşdırılması və onların iqtisadi
fəallığının artırılması dövlət siyasətinin prioritet
istiqamətlərindən biridir.

Sahibkarlarla aparılan müzakirələrdə yeni iş yerlərinin
yaradılması, peşə hazırlığı və kadr potensialının inkişafı ilə
bağlı təkliflər diqqətə çatdırılıb.

Qeyd olunub ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı
rayonlarında sahibkarlıq üçün geniş imkanlar mövcuddur və iş
adamlarına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir.Görüşdə
əməkdaşlığın gücləndirilməsi istiqamətində bir sıra məsələlər də
razılaşdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir