MİQ üzrə vakansiya seçiminin nəticələri elan olundu

Baş səhifə

Bakı. Trend:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə
vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi
səhifələrinə göndərilib.

Trend
xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat
yayıb.

Bildirilib ki, 22-25 avqust tarixlərində keçirilmiş vakansiya
seçimində 1305 namizəd uğur qazanaraq, müddətli müqavilə ilə
çalışmaq imkanı əldə edib.




Müddətli müqavilə ilə vakansiya seçimində uğur qazanan
namizədlər 2 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti
təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd
və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4
ədəd 3×4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar
uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair
çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim
etməlidirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən
təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə
sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq,
çıxarışlarının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunub.