
Bakı. Trend:
Azərbaycandan xarici bazarlara alma, armud və heyva ixracında
artım dinamikası davam edir.
Trend xəbər
verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında
deyilir.
Bildirilib ki, bu ilin ilk yeddi ayı ərzində ölkəmizdən 58,941.5
ton alma, armud və heyva ixrac olunub ki, bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 53,6% artıqdır.
“İxrac olunan məhsulun həcmi ilə yanaşı dəyərində də artım
müşahidə olunur.
Qeyd olunan dövrdə xarici bazarlara ixrac edilən alma, armud və
heyvanın ümumi dəyəri 41,647.7 min dollar təşkil edib.
Bu məhsulların ixrac dəyəri ötən ilin yanvar-iyul ayları ilə
müqayisədə 62,9% artıqdır”.

