Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi xarici siyasətin ən yaddaqalan mərhələlərindəndir – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Qoşulmama Hərəkatında (QH) sədrliyi ölkənin xarici
siyasət fəaliyyətinin ən məhsuldar və yaddaqalan mərhələlərindən
biri olub.

Trend xəbər
verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini
Yalçın Rəfiyev Qoşulmama Hərəkatının (QH) Gənclər Təşkilatının
üzvləri ilə görüşdə bildirib.

Nazir müavini söyləyib ki, sədrlik dövrü Azərbaycana Qoşulmama
Hərəkatında beynəlxalq arenada rolunun gücləndirilməsinə və onun
prinsiplərinin təşviqinə əhəmiyyətli töhfə vermək imkanı
yaradıb:

“Rəsmi sədrlik müddətinin başa çatmasına baxmayaraq, Azərbaycan “Troyka sədrliyi”nin bir hissəsi olaraq təşkilatın fəaliyyətində
fəal iştirak etməyə davam edir”.

“Ölkəmiz üçün bu, həqiqətən unikal və unudulmaz təcrübə olub.
Hətta bu gün, “üçlük”də olduğumuz zaman, biz sədrlik dövründə irəli
sürülən təşəbbüsləri dəstəkləməyə və iştirakçı dövlətlər arasında
geniş əks-səda doğuran ideyaları təşviq etməyə səmimi şəkildə
şadıq”, – nazir müavini fikirlərini tamamlayıb.