Sentyabrın 1-də ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı yekun qərarın verilməsi gözlənilir – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

Sülh sazişinin imzalanması üçün iki əsas şərt mövcud idi.
Bunlardan biri ATƏT-in Minsk Qrupunun ləğvi, digəri isə Ermənistan
Konstitusiyasında dəyişliklərin edilməsi idi.

Trend xəbər
verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini
Yalçın Rəfiyev Qoşulmama Hərəkatının (QH) Gənclər Təşkilatının
üzvləri ilə görüş çərçivəsində jrunalistlərə açıqlamasında
bildirib.

O bildirib ki, bunlardan biri artıq baş verdi:

“Yəni ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlı iki ölkənin
xarici işlər nazirlərinin birgə müraciəti edildi. Sentyabrın 1-də
bununla bağlı yekun qərarın verilməsi gözlənilir”.

Xəbər yenilənəcək