
Bakı. Trend:
Rusiya Azərbaycan üçün önəmli bir qonşun ölkədir,
tərəfdaşdır.
Trend xəbər
verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini
Yalçın Rəfiyev Qoşulmama Hərəkatının (QH) Gənclər Təşkilatının
üzvləri ilə görüş çərçivəsində jrunalistlərə açıqlamasında
bildirib.
“Bu yaxınlarda Həştərxanda İqtisadi əməkdaşlıq üzrə
Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası baş
tutdu.
İki ölkənin xarici işlər nazirləri arasında da təmas oldu. Yəni
gündəlik əsasda bu təmaslar müxtəlif kanallarla davam etdirilir və
daha da yaxşı olacaq”, – deyə Nazir müavini qeyd edib.