2026-cı ildə Avropa antidopinq siyasətinin nəbzi Azərbaycanda döyünəcək

Baş səhifə

Bakı.Trend:

2026-cı il martın 18-19-da Azərbaycan Ümumdünya Antidopinq
Agentliyinin (WADA) Avropa üzrə Regional Simpoziumuna ev sahibliyi
edəcək. Bakıda təşkil olunacaq tədbir WADA-nın illik ənənəvi
simpoziumunu əvəzləyəcək və dörd qitədə keçiriləcək regional
tədbirlərin bir hissəsi olacaq.

Trend
Azərbaycan Milli AntiDopinq Agentliyinə istinadən xəbər verir ki,
Bakı simpoziumu Avropa regionunun antidopinq qurumlarını, hökumət
nümayəndələrini, beynəlxalq idman təşkilatlarını, idmançıları və
onların təmsilçilərini bir araya gətirəcək.

Tədbirin əsas məqsədi 2027-ci ildən qüvvəyə minəcək yeni
Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartların tətbiqi
ilə bağlı regional çağırışları müzakirə etməkdir.




Tədbirdə Ümumdünya Antidopinq Məcəlləsi və Standartlara edilən
dəyişikliklər barədə yeniliklər, milli antidopinq təşkilatlarının
üzərinə düşən öhdəliklər və maraqlı tərəflərin birgə əməkdaşlığı
diqqət mərkəzində olacaq. Həmçinin real təcrübələr əsasında
təqdimatlar, interaktiv sessiyalar, idmançılar və hökumət
nümayəndələrinin iştirakı ilə fikir mübadiləsi aparılacaq. Bununla
yanaşı, maarifləndirmə, potensialın gücləndirilməsi və
tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində də müzakirələr
nəzərdə tutulur.

Simpozium region ölkələri üçün bilik və təcrübə paylaşımı
baxımından mühüm platforma olacaq. Ümumdünya Antidopinq
Məcəlləsinin tətbiqinə dəstək proqramı çərçivəsində keçiriləcək
tədbir Avropa regionunda antidopinq fəaliyyətinin gələcək
inkişafına əhəmiyyətli töhfə verəcək.

Tədbirin proqramı və qeydiyyatla bağlı ətraflı məlumat yaxın
aylarda ictimaiyyətə açıqlanacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir