
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycana Rusiyadan 21,242
milyon kubmetr həcmində təbii qaz idxal edilib.
Trend-in
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu həcmdə
qazın alışına çəkilən xərc 3,9 milyon ABŞ dolları olub.
Ötən ilin eyni dövründə Rusiyadan Azərbaycana təbii qazın idxalı
üzrə məlumatlar qeydə alınmayıb.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici
ölkələrdən 32 milyon ABŞ dolları dəyərində 208,2 milyon kubmetr qaz
halında təbii qaz idxal edilib. Təbii qazın idxalı ötən ilin eyni
dövrü ilə müqayisədə həcm ifadəsi ilə 94,8 milyon kubmetr və ya
31,3%, dəyər ifadəsi ilə isə 13,5 milyon ABŞ dolları, yaxud da
29,6% azalıb.