Ağdamda atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirilib – YENİLƏNİB

Baş səhifə

Ağdamda atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, sözügedən körpə bir müddət əvvəl də valideynləri tərəfindən ağır işgəncələrə məruz qalıb.

Belə ki, əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissini dişləyərək xəsarət yetiriblər. Uşaq müəllicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb, lakin sonradan valideynlərinə qaytarılıb.

***

17:18

Ağdamda azyaşlı ağır xəsarət alıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, rayonunun Xındırıstan kənd sakini 2023-cü il təvəllüdlü Rəhimov Vəli (ad şərti) ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda ölümcül halda olan körpənin valideyni tərəfindən döyüldüyü deyilir.

Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir