Bu şəxslər 30 min manata kimi cərimələnə bilər

Baş səhifə

Son günlərdə diplomsuz həkim kimi fəaliyyət göstərən şəxslərin sayı artıb. Bəs həkim diplomu olmadan çalışan şəxsə qarşı hansı inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulur?

Mövzu ilə bağlı Mebtuat.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, tibbi fəaliyyət lisenziya əsasında həyata keçirilir:

“Tibbi fəaliyyət lisenziya tələb edən bir fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə görə tibbi lisenziya olmadan fəaliyyət göstərən vəzifəli şəxslər 3000 manatdan 5000 manata qədər məbləğdə cərimə oluna bilər. Hüquqi şəxslər isə 20 min manatdan 30 min manata qədər məbləğdə cərimə oluna bilərlər. Burada “vəzifəli şəxslər” dedikdə, müvafiq sahədə ixtisaslaşmış, ixtisas əldə etmiş, həkim ixtisasına malik olan və dövlətin sertifikasiyasından keçmədən fəaliyyət göstərən şəxslər nəzərdə tutulur”.

Ülkər Cəlilzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir