Azərbaycanda işsiz gənclərin sayı açıqlandı

Baş səhifə

Azərbaycanda ötən il 19-25 yaşda 54 min 535 gənc işsiz kimi qeydiyyata alınıb.

Metbuat.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin “Azərbaycan gəncləri” məcmuəsində qeydə alınıb.

Bu, 2023-cü illə müqayisədə 8 738 nəfər azdır.

Belə ki, 2024-cü ildə 55 min 63 gənc isə işə düzəlib. Bu əvvəlki illə müqayisədə 13 min 525 nəfər çoxdur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.