
Bakı. Trend:
Əfqanıstanda 5,7 bal gücündə zəlzələ baş verib.
Trend xəbər
verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin
Seysmik Proqnozların Monitorinqi Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Bədəxşan vilayəti
olub.
Zəlzələ Özbəkistanın 7 rayonunda və Daşkənddə də hiss
olunub.