“Qarabağ” və “Ferensvaroş”un start heyətləri açıqlandı – Çempionlar Liqası

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”la “Ferensvaroş” (Macarıstan) arasında keçiriləcək cavab
oyun üçün start heyətlər açıqlanıb.

Trend UEFA-nın
rəsmi saytına istinadən xəbər verir ki, komandalar bu gün Tofiq
Bəhramov adına Respublika Stadionunda saat 20:45-da start götürəcək
matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul
Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 20. Kadi
Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 10. Abdullah Zubir
(k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.

Baş məşqçi: Qurban Qurbanov.




“Ferensvaroş”: 90. Deneş Dibuş, 3. Stefan Qartenmann, 28. Toon
Raemaekers, 22. Qabor Salai, 25. Cebrail Makrekis, 64. Levi, 23.
Bense Etvöş, 36. Qavriel Kaniçovski, 47. Kallum O’Douda, 75. Lenni
Jozef, 19. Barnabaş Varqa.

Baş məşqçi: Robbi Kin.

Qeyd edək ki, komandalar arasında ilk matçda Ağdam təmsilçisi
rəqibini 3:1 hesabı ilə üstələyib.