
“Real Madrid” “Bavariya”nın futbolçusu Dayot Upamekanonu transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, futbolçunun “Bavariya” ilə müqaviləsi gələn il yekunlaşır. Tərəflər yeni müqavilə barədə razılığa gələ bilməyib. İddialara görə, futbolçu 16 milyon avro məvacib tələb etsə də, “Bavariya” qəbul etməyib. “Real Madrid” futbolçunu gələ mövsüm azad agent kimi transfer etmək istəyir.
Məlumata görə, “Mançester Yunayted” və PSJ klubları da futbolçunun xidmətində maraqlıdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.