
Bakı. Trend:
Ordubad şəhərində yerləşən “Mədrəsə” tarix-memarlıq abidəsinin
bərpası üçün ilkin işlərə başlanılıb.
Trend xəbər
verir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın
2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini
tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar
Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə
saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir.
Görülən işlərin davamı olaraq “Mədrəsə” tarix-memarlıq
abidəsinin layihə-smeta sənədlərinin hazırlanması məqsədilə “BİMD”
QSC ilə müqavilə bağlanılıb.
Müqaviləyə əsasən şirkət tərəfindən XVIII əsr memarlıq
abidəsinin layihə-smeta sənədləri hazırlanacaq.
Gələcəkdə də muxtar respublika ərazisində tarixi abidələrin
qorunması və bərpası istiqamətində işlər davam etdiriləcək.

