Üç Aİ ölkəsi İrana qarşı sanksiyaları bərpa edə bilər

Baş səhifə

Bakı. Trend:

Britaniya, Almaniya və Fransa avqustun 28-də İrana qarşı
sanksiyaların bərpası prosesinə başlaya bilər,

Trend xəbər
verir ki, bu haqda “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bu qərar Tehranın nüvə proqramı ilə bağlı
danışıqların uğursuzluğa düçar olması səbəbindən verilə bilər.




Bu ölkələrin hakimiyyət orqanları qərarları barədə BMT
Təhlükəsizlik Şurasına yazılı məlumat verməyi planlaşdırır.

Mənbə qeyd edir ki, İranın maliyyə, bank, enerji və müdafiə
sektorlarına qarşı sanksiyalar bundan 30 gün sonra bərpa
olunacaq.