
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat
rəhbəri təyin olunub.
Trend xəbər
verir ki, Naxçıvan maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə
əsasən Hacıyev Nurlan Rauf oğlu Nazirliyin aparat rəhbəri
vəzifəsinə təyin edilib.
N.Hacıyev 4 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində anadan
olub. O, Naxçıvan Dövlət Universitetində “Gömrük işinin təşkili” və “Ümumi iqtisadiyyat” ixtisasları üzrə ali təhsil alıb.
Qeyd edək ki, əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Mərkəzi
Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayan Nurlan
Hacıyev sonrakı illərdə “Naxçıvanbank ASC”nin Culfa rayon
filialının müdiri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə
şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.