
Bakı. Trend:
“Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci
ilin dekabrında çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti 11
avqust 2025-ci ildən bəri ilk dəfə bir troya unsiyası üçün 3450
dollardan yuxarı qalxıb.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasından
bildiriblər.
Məlumata əsasən, qiymətli metalın qiyməti 0,58% artaraq 1 troy
unsiyası üçün 3450,7 dollar təşkil edib. Bakı vaxtı ilə saat
21:04-də qızılın qiyməti bir unsiya üçün 3449,5 dollar (+0,55%)
təşkil edib.