
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”la matçda əldə edilən qələbəni şərh edib.
Metbuat.az xəbər verir ki, o, oyunun gərgin keçdiyini ifadə edib. Qurban Qurbanovun sözlərinə görə, ikinci oyun ilk oyundan da gərgin olub. O, oyundan əvvəl oyunçulara soyuqqanlı olmağı tapşırdığını bildirib.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”u iki oyunun nəticəsinə əsasən 5-4 hesabı ilə məğlub edərək, UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

