
Bakı. Trend:
ABŞ hakimiyyəti Şimali Koreyanın təşkil etdiyi informasiya
texnologiyaları fırıldaqçılığı sxemində əli olduğuna hesab
etdikləri üçün iki şəxs və iki şirkəti sanksiyalar siyahısına əlavə
edib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər verib.
Məlumata əsasən, məhdudiyyətlər Rusiya vətəndaşı və KXDR
vətəndaşına, həmçinin bir Şimali Koreya şirkəti və bir Çin
şirkətinə şamil edilib.
ABŞ maliyyə nazirinin müavini Con Hyorli qeyd edib ki, KXDR
hökumətinin hərəkətləri “məlumatları oğurlayan və sonra qarşılığına
pul tələb edən xaricdə yaşayan İT mütəxəssislərinin iştirakı ilə
saxta sxemlərdən istifadə edərək Amerika şirkətlərinə hücum etmək”
məqsədi daşıyır.