
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Minneapolis şəhərindəki (Minnesota
ştatı) katolik məktəbində atışma nəticəsində həlak olanların
xatirəsinə ölkədə və xaricdə dövlət binalarında bayraqların yarıya
endirilməsi barədə göstəriş verib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidentinin sərəncamında
bildirilib.
“27 avqust 2025-ci ildə Minneapolisdə, Minnesota ştatında
törədilmiş mənasız zorakılıq aktlarının qurbanlarının xatirəsinə
ehtiram əlaməti olaraq, 31 avqust 2025-ci il tarixində gün batana
qədər ABŞ bayrağının Ağ Evdə və bütün hökumət binalarında və
ərazilərində yarıya qədər endirilməsini əmr edirəm”, – deyə qeyd
olunub.
Sənədin mətnində deyilir ki, sərəncam hərbi postlara,
hərbi-dəniz bazalarına və gəmilərə, habelə ABŞ-ın xaricdəki
səfirliklərinə, konsulluq idarələrinə və digər nümayəndəliklərinə
də şamil edilir.