İran BAEA ilə əməkdaşlıqdan imtina edə bilər

Baş səhifə

Bakı. Trend:

“Avropa üçlüyü” – Britaniya, Almaniya və Fransa BMT İrana qarşı
sanksiyalarının yenilənməsi mexanizmini işə salsa, Tehran
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqdan imtina
edə bilər.

Trend-in
məlumatına görə, bu barədə İran xarici işlər nazirinin müavini
Kazım Qəribabadi deyib.




“Biz Avropa ölkələrinə aydın şəkildə bildirdik ki, onlar
<…> “snapback” mexanizmini işə salsalar, İran təbii ki,
lazımi əks tədbirləri görəcək. Biz onlara həmçinin bildirdik ki,
belə bir addım atılacağı təqdirdə Beynəlxalq Atom Enerjisi
Agentliyi ilə bütün əməkdaşlıq və qarşılıqlı fəaliyyət tamamilə
təhlükə altına düşəcək və effektiv şəkildə dayandırılacaq”, – deyə
o qeyd edib.