KİV: ABŞ tezliklə Ukrayna ilə bağlı planını təqdim edəcək

Baş səhifə

ABŞ tezliklə Ukrayna üçün təhlükəsizlik zəmanətləri planını təqdim edəcək.

APA xəbər verir ki, bu haqda Böyük Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat verib.

“Ağ Evin nümayəndələri deyirlər ki, təhlükəsizlik zəmanətləri ilə bağlı təxmini plan tezliklə təqdim oluna bilər”, – məqalədə deyilir.

Məlumatda həmçinin qeyd olunur ki, Ukraynada xarici kontingentin yerləşdirilməsi üçün Rusiyadan razılığın alınması da daxil olmaqla, hələ çox şeyin razılaşdırılmasına ehtiyac var.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir