
“Qalatasaray” və “Monako” Vilfrid Sinqonun transferi üçün razılığa gəlib.
Metbuat.az xəbər verir ki, “Qalatasaray” Kot-d’İvuarlı müdafiəçi ilə də razılıq əldə edib. “Foot Mercato”nun xəbərinə görə, “Qalatasaray” futbolçu üçün “Monakoya 30 milyon avro ödəyəcək. Vilfrid Sinqo “Qalatasaray”da illik 5 milyon avro məvacib alacaq. Məlumata görə, “Qalatasaray” futbolçu ilə 4 illik müqavilə imzalayacaq.
Razılaşmaya əsasən türk klubu futbolçunun sonrakı satışından əldə edəcəyi məbləğin 10 faizini “Monako”ya verəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.