Azərbaycanda bu şəxslər evlə təmin olunacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda təbii hadisələrdən zərər görmüş şəxslərin evlə
təminatı davam etdirilir.

Trend-in
məlumatına görə, bu dəfə respublika ərazisində 15-16 avqust 2025-ci
il tarixlərində baş vermiş intensiv yağışlar nəticəsində yaranmış
sel sularının ziyan vurduğu Xaçmaz və Xızı rayonlarında qəzalı
vəziyyətdə olan fərdi yaşayış evləri tikiləcək.

Belə ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyi Tikilməkdə olan Obyektlərin Birləşmiş
Müdiriyyəti bununla bağlı müvafiq işlərə yekun vurub.




Qurum sözügedən işlərin icrasını “İnnova İnşaat” MMC-yə həvalə
edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 1 843 803 manat ödənilib.

İşlərin həvalə olunduğu “İnnova İnşaat” MMC 2019-cu ildə dövlət
qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin
qanuni təmsilçisi Həsənli Elmar Azər oğludur.