Qarabağ Futbol Klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi Azərbaycan futbolu üçün tarixi hadisə kimi qiymətləndirilir. Uğurumuz həm ölkə daxilində, həm də xaricdə rəğbətlə qarşılanıb.
Metbuat.az xəbər verir ki, Təbrizin “Traktor” komandası Qarabağ komandasını bu nailiyyət münasibətilə təbrik edib. Klubun rəsmi açıqlamasında bildirilib ki, Qarabağ FK-nın uğuru bütün Azərbaycan azarkeşləri üçün qürurverici hadisədir və komandanın daim zirvədə olması arzulayıb.
“Uğurlar və daim zirvədə olun! Yaşasın bütün Azərbaycan”.
Xatırladaq ki, “Qarabağ” tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.