Naxçıvanda hava limanında oğurluq edən şəxslər saxlanılıb

Baş səhifə

Naxçıvan hava limanında oğurluq edən şəxslər saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər – 28 yaşlı Hüseyn Həmzəyev və tanışı 20 yaşlı Səid Kərimli saxlanılıblar.

Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10 min manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir