“Qaradağ” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

Baş səhifə

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Qaradağ” quru yük
gəmisi əsaslı təmir edilib.

Trend xəbər
verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan
proses çərçivəsində baş və köməkçi mühərrikləri, mexanizmlər, maşın
şöbəsindəki nasoslar, hava kompressorlar, soyuducular,
seperatorlar, radionaviqasiya cihazları təmir olunub.

Bundan başqa, baş göyərtədə və maşın şöbəsində borular yenisi
ilə əvəz olunub, gəmi üzrə gövdə qaynaq, avtomatika və
elektrik-quraşdırma işləri görülüb.




Gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, üst qurum və
maşın şöbəsi, eləcə də yük anbarları qapaqları ilə birlikdə
təmizlənərək rənglənib.

“Qaradağ” quru yük gəmisinin heyətinə məxsus yaşayış və xidməti
otaqları, sanitar-məişət yerləri də əsaslı təmir edilib.

İşlər başa çatdıqdan sonra “Qaradağ” dəniz sınağına çıxarılıb.
Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi yenidən
istismara qaytarılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir