KTM-in şöbə müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib

Baş səhifə

Bakı.Trend:

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə
təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya
şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin
növbəti prosesi keçirilib.

Trend xəbər
verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş
tərəfin hüquqi varisinin vəkilləri məhkəmədə iştirak edə
bilməyəcəklərinilə bağlı elektron ərizə təqdim etdiyi məlum
olub.

Ərizəyə münasibət bildirən vəkil Musa Abdinov etiraz etmədiyini
bildirib.

Vəkil ötən prosesdən sonra qarşı tərəfə məbləğ təklif
etdiklərini, amma onların cavab vermədiyini bildirib.

İş üzrə təqsirləndirilən Azər Maqsudov vəkili ilə razı olduğunu
bildirib.

Dövlət ittihamçısı baxılan cinayət işi üzrə qarşı tərəfin
iştirakının zəruri olduğunu əsas gətirərək işin təxirə salınmasını
bildirib.




Məhkəmə qarşı tərəfin vəkillərinin ərizəsini təmin edək.

Proses sentyabrın 8-dək təxirə salınıb.

Bildirilib ki, vəkil tərəfindən verilmiş vəsatətə danışıqların
nəticəsindən sonra baxılacaq.

Xatırladaq ki, qəza 2023-cü ilin noyabr ayında Sabunçu rayonu
ərazisində baş verib.

Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu
rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza
törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli
avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində
avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib.
A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon
xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək
mümkün olmayıb.

Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə
Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan
alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda
iştirak etmək üçün gəlibmiş.