
Almaniya öz təhlükəsizliyi ilə Baltikyanı ölkələrin təhlükəsizliyini ayrılmaz hesab edir.
APA “Reuters” ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri İohan Vadeful deyib.
“Biz Ruiyanın hibrid aqressiyasının tam miqyasını müşahidə edirik. Estoniya və digər Baltikyanı ölkələr bununla bağlı xəbərdarlıq etmişdilər. Biz Aİ və NATO molaraq onların uzaqgörənliyindən və təcrübəsindən faydalanırıq. Onların təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Biz Baltikyanı ölkələrlə əməkdaşlığı daha da dərinləşdirmək əzmindəyik” Almaniya XİN rəhbəri qeyd edib.