
Bakı.Trend:
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma
mərasimi baş tutacaq.
Trend xəbər
verir ki, Bakı vaxtı ilə saat 20:00-da Fransanın Monako şəhərində
keçiriləcək tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri
bəlli olacaq.
Ağdam klubu IV səbətdə yer alıb.
I səbət
PSJ (Fransa), “Real” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “İnter” (İtaliya), “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Barselona”
(İspaniya)
II səbət
“Arsenal” (İngiltərə), “Bayer Leverkuzen” (Almaniya), “Atletiko”
(İspaniya), “Benfika” (Portuqaliya) “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Yuventus” (İtaliya), “Ayntraxt”
(Frankfurt, Almaniya), “Brügge” (Belçika)
III səbət
“Tottenhem” (İngiltərə) PSV (Niderland), “Ayaks” (Niderland), “Napoli” (İtaliya), “Sportinq” (Portuqaliya), “Olimpiakos”
(Yunanıstan), “Slaviya” (Çexiya), “Budyo Qlimt” (Norveç), “Marsel”
(Fransa)
IV səbət
“Kopenhagen” (Danimarka), “Monako” (Fransa), “Qalatasaray”
(Türkiyə), “Yunion” (Belçika), “Qarabağ” (Azərbaycan), “Atletik”
(İspaniya), “Nyukasl” (İngiltərə), “Pafos” (Kipr), “Kayrat”
(Qazaxıstan)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas raundunda ilk
turunun görüşləri sentyabrın 16-18-də təşkil olunacaq. Pley-off
mərhələsinə fevralın 17-18-də, final qarşılaşması isə mayın 30-da
Macarıstanın paytaxtı Budapeştdə reallaşacaq.