
Bakı.Trend:
Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov və
Etibar Bəkirov küçələrinin kəsişməsində yeni nəqliyyat svetoforu
istifadəyə verilib. Nəticədə qeyd edilən ərazidə qəza riskləri
azalıb, eyni zamanda piyadaların daha təhlükəsiz hərəkəti təmin
edilib.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bundan əlavə Xəzər rayonu, Binə qəsəbəsi, Əli
İsazadə və Şah İsmayıl Xətai küçələrinin kəsişməsində, həmçinin
Şüvəlan qəsəbəsi, Almas İldırım və Nizami Gəncəvi küçələrinin
kəsişməsində də yeni svetoforlar quraşdırılaraq istifadəyə
verilib.
Qeyd edilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

