
Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda qeyri-həyat
sığortası üzrə sığorta şirkətlərinin yığımları 244,103 milyon manat
təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə
müqayisədə 20,8 milyon manat və ya 9,3% çoxdur.
Eyni zamanda, hesabat dövründə həyat sığortası üzrə ödənişlərin
həcmi 76,045 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin
yanvar-iyun aylarındakı göstərici ilə müqayisədə 2,7 milyon manat
və ya 3,7% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı
sığorta şirkətlərinin xətti ilə 937,658 milyon manat sığorta haqqı
yığılıb. Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 104,4 milyon manat və ya 12,5% çoxdur.
Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayında Azərbaycandakı
sığorta şirkətlərinin xətti ilə 529,307 milyon manat sığorta
ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 90,7
milyon manat və ya 20,7% artım deməkdir.