Almaniya XİN rəhbəri: Rusiyanın Kiyevdə Aİ nümayəndəliyinə hücumu cavabsız qalmayacaq

Baş səhifə

Rusiyanın Kiyevdəki Avropa İttifaqının Nümayəndəliyinin binasına etdiyi hücum cavabsız qala bilməz.

APA xəbər verir ki bunu Almaniyanın xarici işlər naziri İohan Vadeful estoniyalı həmkarı Marqus Tsaxn ilə birgə mətbuat konfransında deyib.

O, 29-30 avqust tarixlərində Aİ ölkələrinin xarici işlər nazirləri səviyyəsində Rusiyanın hücumuna cavab verilməsini müzakirə edəcəyini bəyan edib.