Keçmiş səfir Baş nazirin baş müşaviri təyin edilir

Baş səhifə

Lilit Makunts Ermənistan baş nazirinin baş müşaviri təyin ediləcək.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 28-də hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Makuntsun ABŞ-dakı səfir kimi səlahiyyət müddəti yenicə başa çatıb. Avqustun 22-də o, geri çağırılıb.

Keçmiş əmək və sosial məsələlər naziri Narek Mkrtçyan isə Ermənistanın ABŞ-dakı yeni səfiri təyin edilib.